Almaniyanın avtomobil istehsalçısı “BMW Group”un bu ilin birinci rübündə xalis mənfəəti 23% azalaraq 1,67 milyard avroya enib.
Gundelik.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bu dövrdə şirkətin gəliri 8,1% azalaraq 31 milyard avroya enib.
“BMW“nin birinci rübdə dünya miqyasında avtomobil satışı 3,5% azalaraq 565.780 ədədə çatıb.

