İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

BMT Suriyaya yardımı azaldıb

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) ABŞ-nin yardımlarının azalması səbəbindən Suriyaya təcili humanitar yardım çatdırılmasını yarıya endirmək məcburiyyətində qalıb.

Gundelik.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Qeyd edilib ki, may ayında Suriyaya cəmi 650 mindollar dəyərində ərzaq göndəriləcək. Halbuki, aprel ayında 1,3 milyon dollarlıq yardım edilib.

Bundan əlavə, yardım hazırda Suriyanın yeddi bölgəsində göstərilir, halbuki əvvəllər bu rəqəm 14 olub. Nəticədə, Ümumdünya Ərzaq Proqramı Suriyadakı 300 çörək sexi üçün çörək subsidiyası proqramını dayandırmaq məcburiyyətində qalıb.

Təşkilat qeyd edib ki, Suriyada təxminən 7,2 milyon insan hələ də ərzaq çatışmazlığından əziyyət çəkir, o cümlədən 1,6 milyon insan aclıq həddindədir.