Gundelik.az Dünya BMT: Qlobal humanitar ehtiyacların cəmi 21 faizi maliyyələşdirilib
Dünya Xəbərlər

BMT: Qlobal humanitar ehtiyacların cəmi 21 faizi maliyyələşdirilib

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2025-ci ildə qlobal humanitar ehtiyacların qarşılanması üçün tələb olunan 45,3 milyard dollarlıq yardım çağırışının yalnız 21 faizinin sentyabrın sonuna qədər toplanıldığını açıqlayıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq gündəlik mətbuat brifinqində bildirib ki, bu məbləğ 9,6 milyard dollar təşkil edir. O qeyd edib ki, ilin sonuna üç aydan az vaxt qalsa da, humanitar ehtiyacların dörddə birindən az hissəsi maliyyələşdirilib.

Haq həmçinin bildirib ki, toplanan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çox azdır. Onun sözlərinə görə, maliyyə çatışmazlığı milyonlarla insan üçün ağır nəticələrə gətirib çıxarır — insanlar səhiyyə xidmətlərindən, ailələr qidadan, uşaqlar isə təhsildən məhrum olur.

Məlumata görə, maliyyə çatışmazlığı səbəbindən bu il Əfqanıstanda 420-dən çox tibb müəssisəsi fəaliyyətini dayandırıb. Avqust ayında Somalidə 1,1 milyon insan aclıq səbəbindən həyatını itirib. Noyabrda bu rəqəmin 350 minə enəcəyi gözlənilir. Bundan əlavə, Banqladeşdə yarım milyon Rohinca uşağı təhsil almaq imkanından məhrum olub.

Fərhan Haq beynəlxalq ictimaiyyəti humanitar yardımları artırmağa çağırıb.

Gundelik.az 

Exit mobile version