Müasir dövrdə sosial media artıq təkcə böyüklərin deyil, məktəb yaşlı uşaqların da gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Erkən yaşlardan rəqəmsal platformalara çıxış uşaqların psixoloji inkişafına necə təsir göstərir? Sosial şəbəkələr asılılıq, özünə inamsızlıq və ünsiyyət problemləri yaradırmı? Valideynlər bu prosesdə hansı məsuliyyəti daşıyırlar?
Bu və digər aktual suallara aydınlıq gətirmək üçün psixoloq Aysel Məmmədova ilə erkən yaşda sosial media istifadəsinin məktəblilərin psixoloji və sosial inkişafına təsiri, mümkün risklər və valideynlər üçün tövsiyələr, sosial media ilə erkən tanışlıq : Məktəblilər üçün Görünməyən Təhlükələr barədə söhbət etdik.
Müsahibin fikirlərini sizə təqdim edirik:
Müasir dövrdə sosial media uşaqların həyatına getdikcə daha erkən yaşlarda daxil olur. 6-12 yaş arası məktəblilər artıq müxtəlif sosial platformalarda ( TikTOK ,YouTube, intaqram v.s) aktiv iştirak edirlər.Bu erkən tanışlıq bəzən faydalı informasiya əldə etməyə şərait yaratsa da, çox zaman uşaqların psixoloji və sosial inkişafına mənfi təsir göstərir.
Aslılıq və Diqqət Yayını . Sosial media alqoritmləri uşaqlarda aslılıq yaradan davranış nümunələrini təşviq edir. Bu, onların dərsə diqqətini azaltmasına, yuxu rejiminin pozulmasına, davranış pozuntularına səbəb ola bilər.
Özünüqiymətləndirmə və Bədən imaji Problemləri. Sosial mediadan tez-tez rast gəlinən “ideal görünüş “ standartları məktəblilərdə öz bədənlərinə qarşı narazəlıq yarada bilər.Bu, xüsusilə qız uşaqlarında bədən imici pozuntuları özünə inamsızlıq və depressiv əhval kimi nəticələrə səbəb ola bilər.
Erkən yaşda sosial mediaya daxil olan uşaqlar kiberzorakılıq və online təhqir riskinə daha çox məruz qalırlar.Bu cür hallar travmatik təcrübələrə, sosial fobiyalara, özünəqapanmaya səbəb ola bilər.Virtual ünsiyyətin üstünlük təşkil etməsi nəticəsində uşaqlar real həyatda üzbəüz ünsiyyət bacarıqlarını inkişaf etdirməkdə çətinlik çəkirlər, empatiya, emosional tənzimləmə və konflikt həlli kimi sosial bacarıqlarda geriləmə müşahidə olunur.
Kiçik yaşlı uşaqların sosial mediadan istifadəsi valideyn nəzarəti tələb edir.Valideynlər övladlarının hansı platformada aktiv olduğunu kimlərlə ünsiyyətdə olduğuna nəzarət etməlidirlər.Uşaqların sosial mediya yönlənməsinin əsas səbəblərindən biri boş vaxtın çox olmasıdır.Boş zamanı idman, rəsm, kitab oxuma və ya ailəvi oyunlar kimi alternativlər yaradın.Valideynlərin aktiv iştirakı və düzgün yanaşması uşaqların sosial mediadan təhlükəsiz və balanslı şəkildə istifadə etməsini təmin edə bilər.
Gundelik.az

