Gundelik.az Hadisə Binəqədidə bina yanır, sakinlər təxliyə edilib – YENİLƏNİB
Hadisə Xəbərlər

Binəqədidə bina yanır, sakinlər təxliyə edilib – YENİLƏNİB

Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

15:09

Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş başlayıb.

Bu barədə Gundelik.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Exit mobile version