Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri təmir ediləcək.
Gundelik.az xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti bununla əlaqədar müvafiq hazırlıqlara başlayıb.
Belə ki, qurum təmir işlərini həyata keçirəcək şirkət axtarışlarına çıxıb.
Təmir işlərinə sərf olunacaq vəsaitin 458 min manat olması proqnozlaşdırılıb.

