Bakı Dövlət Universitetinin (BDU) qazanxana binasının və “Yüksək Texnologiyalar Mərkəzi”nin inzibati binası üzrə dayandırılmış tikintinin davam etdirilməsinə başlanılır.
Bu barədə Gundelik.az ali məktəbdən məlumat əldə edib.
Məlumata görə, qazanxana binasının və “Yüksək Texnologiyalar Mərkəzi”nin inzibati binası üzrə dayandırılmış tikintinin davamına 10 milyon 150 min manat vəsaitin sərf ediləcəyi proqnozlaşdırılıb.
Xatırladaq ki, BDU-da Yüksək Texnologiyalar Mərkəzinin təməli 10 il əvvəl qoyulub.

