Gundelik.az Hadisə Bayram axşamı eyvandan yıxılan kişi öldü
Hadisə Xəbərlər

Bayram axşamı eyvandan yıxılan kişi öldü

Göyçay rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çayarxı kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov yanvarın 1-nə keçən gecə yaşadığı evdə baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib. Tibbi yardıma baxmayaraq o, bir gün sonra xəstəxanada vəfat edib.

Bildirilib ki, həmin gün S.Əhmədov qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirərək 2-ci mərtəbənin eyvanından yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Exit mobile version