“Bank Respublika” ASC nizamnamə kapitalını 126 790 440 manat və yaxud 2,7 dəfə artıraraq 73 961 090 manatdan 200 751 530 manata çatdırmağı planlaşdırır.
Gundelik.az xəbər verir ki, kapital artımı Bankın dövriyyədə olan 30 188 200 ədəd səhminin nominal dəyərinin 2,45 manatdan 6,65 manata çatdırılması hesabına baş tutacaq.
“Bank Respublika” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

