Gundelik.az Ölkə Bank kartlarından silsilə oğurluqlar edənlər saxlanıldı
Ölkə Xəbərlər

Bank kartlarından silsilə oğurluqlar edənlər saxlanıldı

Paytaxtın Səbail və Sabunçu rayonlarında altı nəfərə məxsus bank kartlarından ümumilikdə 3502 manat pul oğurlanıb.

DİN-dən Gundelik.az-a verilən məlumata görə, bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 40 yaşlı E.Fəttahov, 32 yaşlı O.Abdurəhimli, 21 yaşlı R.Rəhimov və 17 yaşlı S.Fərzəlizadə saxlanılıblar.

Bu şəxslərin analoji hadisələrdə iştirakının olub-olmaması ilə bağlı araşdırmalar davam etdirilir.

Gundelik.az

Exit mobile version