Sentyabr 30, 2026
Baku
Ölkə Xəbərlər

“Baku Milk”in kapitalı azaldılır

“Baku  Milk” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.

Gundelik.az-ın məlumatına görə, bu barədə şirkət özü elan edib.

MMC-nin kapitalını nə qədər azaltdığı açıqlanmasa da, qeyd edilib ki, kreditorlar tələblərini hüquqi ünvana bildirə bilərlər.

“Baku Milk” MMC-nin hazırda nizamnamə kapitalı 220 manatdır. MMC-nin qanuni təmsilçisi Namazov Xasay Məhəmməd oğludur.