Gundelik.az Ölkə Bakının bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq
Ölkə Xəbərlər

Bakının bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq

Bakının Nərimanov, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Bu barədə Gundelik.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə əlaqədar 03 iyul 2026-cı il tarixində günorta saatlarınadək qeyd olunan ərazilərdə suyun verilməsində fasilə yaranacaq.

Exit mobile version