Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə start verilir.
Bu barədə Gundelik.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın inzibati rayonları üzrə təmirə ehtiyacı olan küçə və prospektlərdə kompleks təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. İlkin mərhələdə Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında yerləşən bir sıra küçə və prospektlərdə təmir işlərinə başlanılması planlaşdırılır.
Təmir işlərinin aparılacağı küçə və prospektlər aşağıdakılardır:

