Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində parklanma zonasına çevrilən və restoranlar tərəfindən zəbt olunan yoldakı problem aradan qaldırılıb.
Gundelik.az Oxu.az-a istinadən xəbər verir ki, piyada səkisində restoranlara məxsus avadanlıqlar yığışdırılıb.
Polis əməkdaşları aidiyyəti qurumlarla birgə ərazidə neqativ halları aradan qaldırıblar.
Gundelik.az

