Gundelik.az Ölkə Bakıda məşhur restoran söküləcək – Qaz xəttinin üzərində tikilib
Ölkə Xəbərlər

Bakıda məşhur restoran söküləcək – Qaz xəttinin üzərində tikilib

Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən “Xan Bağı” restoranı söküləcək.

Gundelik.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.
Bildirilir ki, “Xan Bağı” restoranın bir hissəsi “Azəriqaz” İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus d-377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb. 
Məhkəmə “Azəriqaz” İB-nin tələbini əsaslı sayaraq  sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib. 
Qərara əsasən fiziki şəxs Qaybalıyev Namiq Xankişi oğluna məxsus “Xan bağı ” restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır. 
Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir. 
Exit mobile version