Gundelik.az Hadisə Bakıda klinikadan 5 min manat oğurlandı
Hadisə Xəbərlər

Bakıda klinikadan 5 min manat oğurlandı

Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb.

Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Paytaxtın Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən oğurluq edilib. Həmin tibb mərkəzindən polisə müraciət olunaraq kassadan 5000 manatın talandığı bildirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Exit mobile version