Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb.
Gundelik.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi məlumat yayıb.
Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsini, sınan budaqların budanmasını təmin ediblər.

