Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işləri aparılacaq.
Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.
Məlumata əsasən, Bakı Şəhər İcra Hakimiyyətininin (BŞİH) tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı hazırlıqları yekunlaşdırıb.
Belə ki, təmir işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasını “Az.Arxitektura” şirkəti həyata keçirəcək.
Sənədlərin hazırlanmasına 1 407 240 manat vəsait sərf ediləcək.

