Gundelik.az Ölkə Bakıda 200 ədəd elektrobusun xəttə buraxılmasına 102 milyon manat ayrıldı
Ölkə Xəbərlər

Bakıda 200 ədəd elektrobusun xəttə buraxılmasına 102 milyon manat ayrıldı

Bakıda yeni elektrik şəhər avtobusları xəttə buraxılacaq.

Gundelik.az-ın məlumatına görə, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bununla bağlı müvafiq işlərə başlayıb.

Belə ki, qurum 200 ədəd elektrik şəhər avtobuslarının və əlaqəli xidmətlərin təchizatı və çatdırılması ilə bağlı “Azerbaijan Energy Automotive Factory” MMC ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 102 milyon manat ödənilib.

Məlumata görə, 2026-cı ilin iyun ayının sonunadək sözügedən nəqliyyat vasitələrinin xəttə buraxılışı tam reallaşacaq.

Qeyd edək ki, “Azerbaijan Energy Automotive Factory” MMC ötən ilin noyabrında Azərbaycanda dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Rüstəmov Tariyel Nazim oğludur.

Gundelik.az 

Exit mobile version