Gundelik.az Xəbərlər İqtisadiyyat bp bu ölkədəki yanacaqdoldurma məntəqələri şəbəkəsini satacaq
Dünya İqtisadiyyat Xəbərlər

bp bu ölkədəki yanacaqdoldurma məntəqələri şəbəkəsini satacaq

Böyük Britaniyanın neft-qaz şirkəti bp (British Petroleum) Niderlandda yanacaq və sürtkü yağlarının satışı və paylanması üzrə ixtisaslaşmış “Catom” şirkətinə yanacaqdoldurma və doldurma məntəqələri şəbəkəsini satacaq.

Gundelik.az-ın bp-dən əldə etdiyi məlumata görə, Niderlandın “Catom” şirkəti 300-ə yaxın yanacaqdoldurma məntəqəsi, 15 elektrik avtomobili doldurma məntəqəsi, eləcə də onlara xidmət göstərən avtomobil parkını alacaq.

Maliyyə şərtləri açıqlanmayan sövdələşmənin 2025-ci ilin sonuna qədər bağlanacağı gözlənilir.

Satış bp-nin 2027-ci ilin sonuna kimi fevral ayında elan etdiyi 20 milyard dollarlıq aktivlərin ayrılması proqramının bir hissəsidir.

Məlumatda o da qeyd olunur ki, bp ilə müqavilə “Catom”a yanacaqdoldurma və doldurma məntəqələri şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək.

Gundelik.az 

Exit mobile version