Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin dövri mətbuata abunə yazılışına başlanılır.
Gundelik.az xəbər verir ki, bununla bağlı hazırlıqlar başa çatdırılıb.
Məlumata görə, paytaxt məktəblərinin abunə yazılışı xidməti ilə bağlı ən uyğun qiyməti “Mətbuat Yayım” şirkəti təklif edib.
Belə ki, şirkət biri jurnal, digərləri qəzet olmaqla, ümumilikdə 10 media subyektinə abunə yazılışı üçün 660 072 manat təklif edib.
BŞTİ-nin müəssisələrinin dövri mətbuata abunə yazılışı ötən il 659 696 manata başa gəlib.


