Bakı Dövlət Universitetinin (BSU) 2024/2025-ci tədris ili üzrə “Məzun Günü” tədbirinin təşkilinə sərf edəcəyi vəsaitin həcmi məlum olub.
Bu barədə Gundelik.az universitetdən məlumat əldə edib.
Məlumata əsasən, artıq bununla bağlı BSU müvafiq iş və xidmətləri sifariş edəcək.
Belə ki, universitet hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.
Eyni zamanda BSU qeyd olunan işlərin icrasının 219 849 manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az

