Sentyabr 29, 2026
Baku
Ölkə Xəbərlər

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Sentyabrın 29-u saat 13:00-a olan faktiki hava açıqlanıb.

Gundelik.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 29-u saat 13:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Daşkəsən, Ordubad, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Şahdağ, İsmayıllı, Xınalıq, Qəbələ, Qax, Qrız, Qusar, Şabran, Xaçmaz, Quba, Xızı, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Ağcabədi, Salyan, İmişli, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.