Cari ilin fevral ayının 5-nə olan məlumata əsasən, Azərbaycanda unun topdansatış qiyməti açıqlanıb.
Gundelik.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ilin əvvəli ilə müqayisədə unun topdansatış qiymətində artım müşahidə olunur.
Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,1 – 28,6 manat aralığında dəyişir.
İlin əvvəli ilə müqayisədə qiymətlərdə 0,1 – 0,3 manat artım müşahidə edilir. Amma digər istehsalçılardan fərqli olaraq “Qarabağ un”a məxsus un 0,1 manat ucuzlaşıb.
Bununla belə, topdansatış olaraq ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM tərəfindən bazara təqdim olunur.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik:

