Bəhreyn Daxili İşlər Nazirliyi ölkə ərazisində həyəcan siqnallarının verildiyini açıqlayaraq, əhalini təhlükəsiz bölgələrə yönəlməyə çağırıb.
Nazirliyin sosial media hesabında yayılan məlumatda bildirilib ki, ölkə üzrə siren səsləri eşidilib.
Açıqlamada vətəndaşlardan sakit olmaları, ən yaxın təhlükəsiz yerə sığınmaları və məlumatları yalnız rəsmi mənbələrdən izləmələri xahiş olunub.
Bundan əvvəl Küveyt ordusu da hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının qarşısını almağa çalışdığını açıqlamışdı.
ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücum hədələrindən sonra ABŞ ordusu gecə saatlarında bombardmana başlayıb. Hücumlar zamanı İranın Hörmüz boğazı yaxınlığındakı ərazilər hədəf alınıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
