Gundelik.az Ölkə AzTV, Mədəniyyət və İdman kanallarının “Azerspace” vasitəsilə yayımı 1,1 milyon manata başa gələcək
Ölkə Xəbərlər

AzTV, Mədəniyyət və İdman kanallarının “Azerspace” vasitəsilə yayımı 1,1 milyon manata başa gələcək

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ilə yeni müqavilələr bağlayıb.

Gundelik.az xəbər verir ki, müqavilələrdə bu il ərzində QSC-yə məxsus televiziya kanallarının ( AzTV, Mədəniyyət və İdman) Azerspace-1 peykində (Mərkəzi Asiya şüası və Avropa şüası) yayımlanmasının satın alınması, eləcə də Azerspace tutumlarının periodik istifadə edilməsi üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulur. 

Beləliklə, AzTV, Mədəniyyət və İdman kanallarının Azerspace vasitəsilə yayımlanmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

QSC ilə “Azərkosmos” arasında bağlanılmış müqavilələrin ümumi maliyyə dəyəri 1 milyon 120 min manat müəyyənləşib.

Exit mobile version