Gələn ildən “Azercell”in bir sıra xidmətləri ləğv ediləcək.
Gundelik.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Qərara gələn ilin yanvarın 18-dən etibarən “Bulud Cinema” xidməti ləğv ediləcək, o cümlədən “Simurq” xidməti üzərindən “Shou-biznes”, “Afisha” və “Texno Dünyası” məzmun məlumatlarının təqdim edilməsi dayandırılacaq.
Göstərilən tarix nəzərə alınaraq qeyd olunan məzmun məlumatları üzrə günlük (xidmətin ləğv ediləcəyi tarixdən 24 saat əvvəl) yenilənmələrə məhdudiyyət tətbiq ediləcək.
“Bulud Cinema” xidmətinin ləğv ediləcəyi tarix nəzərə alınaraq, xidmət üzrə növbəti aylıq, eləcə də günlük (xidmətin ləğv ediləcəyi tarixdən 24 saat əvvəl) yenilənmələrə məhdudiyyət tətbiq ediləcək. Həmin tarixədək xidmətə qoşulmuş istifadəçilər növbəti yenilənmə tarixinədək xidmətdən istifadə edə biləcəklər.
