İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

AZAL: Bakı–Dubay reysləri bu gündən bərpa olunur

Azərbaycan Hava Yolları (AZAL) bu gündən Dubay istiqamətində reysləri bərpa edir.

Gundelik.az xəbər verir ki, bu barədə AZAL-ın sosial şəbəkədə yaydığı məlumatda deyilir.

Bildirilib ki, uçuşlar həftənin hər günü həyata keçiriləcək.

Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.