İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azad edilmiş iki rayonda mərkəzi xəstəxanalar tikiləcək

Azərbaycanın azad edilmiş iki rayonunda – Laçın və Kəlbəcərdə mərkəzi xəstəxanaların tikintisi ilə bağlı işlərə başlanılır.

Gundelik.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.

Qurum hər iki rayonda tikiləcək xəstəxanaların layihə-smeta sənədlərinin hazırlanması işlərini “İba Group” MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqavilələrə sasən, şirkətə ümumilikdə 1 191 500 manat ödənilib.

Gundelik.az