Gundelik.az Ölkə Azad edilmiş ərazilərdə daha 69 mina aşkarlandı
Ölkə Xəbərlər

Azad edilmiş ərazilərdə daha 69 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.04.2025 – 20.04.2025) açıqlanıb.

ANAMA-dan Gundelik.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 60 piyada əleyhinə mina, 9 tank əleyhinə mina, 1072 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 893.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Gundelik.az

Exit mobile version