“Azərxalça” ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Gundelik.az Yurd.Media-ya istinadən xəbər verir ki, şirkət ötən il 0,4 milyon manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 5,4 dəfə azdır.
Bu ilin “Azərxalça”nın aktivləri ötən ilin əvvəlinə nisbətən 25,5% az – 44,9 milyon manat təşkil edib.
Səhmdar cəmiyyətinin öhdəlikləri 1,4 milyon manat (18,5% az), balans kapitalı isə 43,5 milyon manat (25,7% az), o cümlədən nizamnamə kapitalı 15 milyon manat (dəyişməyib) olub.
