Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 57 milyard 86,2 milyon manat təşkil edib.
Gundelik.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,7 % çoxdur.
Bankların aktivlərinin 28 milyard 311,4 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 9,2 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 48,9 %-dən 45,6 %-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,25 % artaraq 49 milyard 743,7 milyon manata, o cümlədən depozit portfeli 1,4 % artaraq 38 milyard 221,9 milyon manata çatıb. Bunun 16 milyard 323,5 milyon manatı fiziki, 21 milyard 898,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 14,2 %, şirkətlərin banklardakı vəsaitləri isə 6,4 % azalıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında 0,4 milyon manat öhdəliyi formalaşıb.
Sektorun balans kapitalı isə 10,9 % artaraq 7 milyard 342,5 milyon manat təşkil edib.

