İyul 8, 2026
Baku
Xəbərlər

Azərbaycandan Türkiyəyə uçan təyyarənin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə vida mərasimi keçirilir

Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankaradakı Mürted Hava Bazasında vida mərasimi keçirilir.

Gundelik.az xəbər verir ki, mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, siyasətçilər və Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti iştirak edir.

Qeyd edək ki, hərbçilərin 19-u bu gün dəfn ediləcək. Pilot polkovnik-leytenant Gökhan Korkmazın cənazəsi isə şənbə günü İstanbulda dəfn olunacaq.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə uçan Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.

Gundelik.az