Bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 12 milyon ABŞ dolları dəyərində 24 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 49,8 milyon ABŞ dolları və ya 80,6%, həcm ifadəsində isə 90 min ton və ya 78,9% azdır.
Dövr ərzində Türkiyə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 13 ölkəyə 3,3 milyard ABŞ dolları dəyərində 6 milyon ton neft məhsulları (xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları; tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar) satılıb.
Gundelik.az
