Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycandan Rusiyaya qeyri-neft məhsulları ixracı 3%-dən çox artıb
İqtisadiyyat Xəbərlər

Azərbaycandan Rusiyaya qeyri-neft məhsulları ixracı 3%-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 232,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 milyon ABŞ dolları və ya 3,3% çoxdur.

Hesabat dövründə Rusiyaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 30,17%-i həcmində olub. Bununla da Rusiya Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci pillədə qərarlaşıb.

Gundelik.az

Exit mobile version