İranla bağlı münaqişə başlayandan bəri ilk dəfə olaraq Azərbaycandan neft daşıyan tanker Yaponiyaya çatıb.
Gundelik.az xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.
Neft ölkənin ən böyük yanacaqdoldurma məntəqəsi operatorlarından biri olan yerli neft emalı zavodu ENEOS tərəfindən alınıb.
Qeyd edilib ki, tanker təxminən 45 min kilolitr neft çatdırıb ki, bu da Yaponiyanın gündəlik neft istehlakının 16%-nə bərabərdir.
Bildirilib ki, Azərbaycandan neftin alınması Hörmüz boğazında gəmiçilik problemləri fonunda Yaponiyanın neft tədarükünün şaxələndirilməsi səylərinin bir hissəsidir.

