Gundelik.az Ölkə Azərbaycanda yeni su anbarı tikiləcək: 52 milyon manat ayrıldı
Ölkə Xəbərlər

Azərbaycanda yeni su anbarı tikiləcək: 52 milyon manat ayrıldı

Bərgüşadçay su anbarının tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Gundelik.az-ın məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum su anbarının tikintisi işlərini Türkiyənin  “Sistem Elektro Mekanik Tesisler Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialına həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 51,765 milyon manat ödənilib.

Qeyd edək ki, 2022-ci ildə Bərgüşadçay su anbarının yeri isə topoqrafik və mürəkkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq Qubadlı şəhərindən yuxarıda – Bəxtiyarlı kəndinin yaxınlığında yaradılması təklifi qəbul edilib.

Ümumi sututumu 67 milyon kubmetr olan bu su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar sahənin suvarma suyu ilə təmin edilməsinin və açıq kanal, yaxud təzyiqli boru vasitəsilə “Qız Qalası” hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün isə saniyədə 10 kubmetr suyun verilməsinin mümkünlüyü müəyyən edilib. Su anbarından suyun təzyiqli boru kəməri ilə veriləcəyi halda ümumi gücü 30 meqavat olan 3 Su Elektrik Stansiyasının quraşdırılması mümkün olacaq.

Exit mobile version