Gundelik.az Ölkə Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edilib
Ölkə Siyasət Xəbərlər

Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.

Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta”, “Aşqar” və “Kompozit” elmi istehsalat birlikləri ləğv edilib.

Gundelik.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Elm və Təhsil Nazirliyi “Nafta”, “Aşqar” və “Kompozit” Elmi İstehsalat Birliyinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görsün və nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidirlər.

Exit mobile version