Bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən tikinti sektoruna verilmiş biznes kreditlərinin həcmi 1,457 milyard manata çatıb.
Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 203 milyon manat və ya 12,5% çoxdur.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,935 milyard manat təşkil edib.
Gundelik.az
