Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycanda su və istilik elektrik stansiyalarında enerji istehsalı ARTIB
İqtisadiyyat Xəbərlər

Azərbaycanda su və istilik elektrik stansiyalarında enerji istehsalı ARTIB

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda su elektrik stansiyalarında (SES) 2,257 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.

Gundelik.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 140 milyon kVt-saat və ya 6,6% azdır.

Eyni zamanda, hesabat dövründə ölkədə istilik elektrik stansiyalarında (İES) təqribən 15 milyard kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ili ilk səkkiz ayındakı göstərici ilə müqayisədə 65,2 milyon kVt-saat və yaxud 0,4% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-avqust aylarında 2,291 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 425,3 milyon manat təşkil edib.

Gundelik.az

Exit mobile version