Gundelik.az Ölkə Günəş və külək elektrik stansiyalarında enerji istehsalının həcmi AÇIQLANDI
Ölkə

Günəş və külək elektrik stansiyalarında enerji istehsalının həcmi AÇIQLANDI

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 33,4 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Gundelik.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon kVt-saat və ya 13,2% azdır.

Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 407,9 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ili ilk səkkiz ayındakı göstərici ilə müqayisədə 46,9 milyon kVt-saat və yaxud 13% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-avqust aylarında 2,291 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 425,3 milyon manat təşkil edib.

Gundelik.az

Exit mobile version