Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində günvurma ilə əlaqədar 32 müraciət daxil olub.
Gundelik.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, onlardan 12 nəfər hospitalizasiya edilib, 17-sinə yerində tibbi yardım göstərilib, 3-ü isə hospitalizasiyadan imtina edib.
Müraciət edənlərin 17-si kişi, 15-i qadın olub.
