Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycanda dizel yanacağı istehsalının həcmi açıqlanıb
İqtisadiyyat Xəbərlər

Azərbaycanda dizel yanacağı istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 938 min ton qazoyllar (dizel yanacağı) istehsal edilib.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,6 min ton və ya 4,3% azdır.

Belə ki, ötən ilin yanvar-may aylarında ölkədə cəmisi 980,6 min ton qazoyllar (dizel yanacağı) istehsal olunmuşdu.

Bu ilin iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 158,7 min ton təşkil edib.

Gundelik.az

Exit mobile version