İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanda bəzi limanlar bağlanıb

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi limanlarda gəmilərin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Gundelik.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.“Əlverişsiz hava şəraiti səbəbindən Qaradağ, Dübəndi və Sahil limanlarına gəmilərin giriş-çıxışı müvəqqəti olaraq dayandırılıb. Digər limanlarda isə fəaliyyət normal qaydada davam edir”, – o vurğulayıb.

Qeyd edək ki, hazırdxa ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürməkdədir. Məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb. Bu da aylıq normanın 390%-ni təşkil edir. Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək davam edəcəyi proqnozlaşdırılır.