Azərbaycanda 2026/2027-ci tədris ilində 2,2 milyon təhsil alan olacaq.
Gundelik.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, cari tədris ilində 124 min şagird 1-ci sinifdə təhsilə başlayacaq.
Nazir əlavə edib ki, azad edilmiş ərazilərdə yeni tədris ilində daha 11 yeni məktəbəqədər təhsil müəssisəsi, həmçinin 4 yeni ümumi təhsil müəssisəsi fəaliyyət göstərəcək.
E.Əmrullayev yeni tədris ili başlamazdan əvvəl 7 milyon nüsxədən çox dərsliyin çap olunaraq məktəblərə çatdırıldığını bildirib.

