Azərbaycan və Türkiyə Yaxın Şərqdə vəziyyət, növbəti eskalasiya və münaqişənin genişlənməsi riskini, həmçinin bu məsələlərin siyasi-diplomatik yollarla həlli imkanlarını müzakirə edib.
Gundelik.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüş zamanı Yaxın Şərqdəki vəziyyət və orada növbəti eskalasiya, münaqişənin genişlənməsi riski və potensialı barədə xüsusi fikir mübadiləsi aparılıb.
“Burada Türkiyə və Azərbaycanın əlaqələndirmiş şəkildə hansı mümkün addımlar ata biləcəyi və bunun siyasi-diplomatik yollarla həllinin önəmi barədə xüsusi olaraq bugün fikir mübadiləsi apardıq”, – deyə C.Bayramov bildirib.

