Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan və Rusiya arasında ticarət əməliyyatları artıb
İqtisadiyyat Xəbərlər

Azərbaycan və Rusiya arasında ticarət əməliyyatları artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 1,823 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 515,3 milyon ABŞ dolları və ya 39,4% çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,78%-i həcmində olub. Bununla da Rusiya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Rusiyaya 322,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 milyon ABŞ dolları və ya 0,8% azdır.

Eyni zamanda 2025-ci ilin yanvar-aprel aylarında Rusiyadan Azərbaycana 1,5 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 517,9 milyon ABŞ dolları və ya 52,7% artım deməkdir. Bu göstərici ilə Rusiya Azərbaycanın məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Gundelik.az

Exit mobile version