Uşaqlar üçün əsərlər yaradan yazıçı uşaq dünyasına dərindən bələd olmalı, onun psixologiyasını bilməli, eyni zamanda, ətraf aləmdə baş verən prosesləri, bu proseslərin uşaq aləminə təsirini üzə çıxarmalıdır. Yazıçı yazdığı hadisələrə seyrçi mövqedən yanaşmamalı, təqdim etdiyi mövzu və ideyanı elə çatdırmalıdır ki, uşaq
əsəri oxuyarkən bunu anlaya bilsin.
Reyhan Yusifqızı Azərbaycan uşaq ədəbiyyatında intellektual prozanın parlaq nümunələrini yaratmışdır. Yazıçı elmi-fantastik trilogiyanın müəllifidir. ReyhanYusifqızı uşaq ədəbiyyatı tariximizdə təkrarolunmaz izlər qoymağa nail olmuşdur. O, özünəməxsus üslubu, yazı təxəyyülü vasitəsilə uşaqların hüdudsuz düşüncə aləminin daha da zənginləşməsinə vaqe olur. Uşaqlar orijinal üslubda, dünya ədəbiyyatı nümunələrinə bənzər, ancaq tariximizlə bağlı yeniliklərlə tanış olur, elm və texnologiyanın növbəti illərdə daha da təkmilləşəcəyini fərz edir. Bu isə öz növbəsində onların bu inkişafda maraqlı olmasını şərtləndirir.
Görkəmli rus tənqidçisi V.Q.Belinski yazırdı: “Uşaqlar son dərəcə həssasdılar, belə ki, onların xilas olub-olmaması bu qabiliyyətdən asılıdır. Adam uşaqlıqda oxuduğu və xoşladığı hər cür boş və mənasız bir şeyi bütün ömrü boyu yadında saxlayır”.
Göründüyü kimi, fantastik üslubda yazdığı bu əsərlərində Reyhan Yusifqızı uşaq ədəbiyyatı tariximizdə təkrarolunmaz izlər qoymağa nail olmuşdur.O, özünəməxsus
üslubu, yazı təxəyyülü vasitəsilə uşaqların hüdudsuz düşüncə aləminin daha da zənginləşməsinə vaqe olur.
Reyhan Yusifqızının Bakı Dövlət Universitetində süni intellekt və soft kompütinq nəzəriyyələrindən oxuduğu mühazirələr ona yeni texnologiyalar haqqında maraqlı əsərlər yazmasına kömək edir. Müəllifin elmi-fantastik üslubda əsərlər yazması bilavasitə onun pedoqoji fəaliyyəti ilə əlaqədardır.
Reyhan Yusifqızı 1965-ci il, noyabrın 13-də anadan olub. 1972–1982-ci illərdə Bakı şəhəri 5 saylı orta məktəbdə və 20 saylı musiqi məktəbinin fortepiano sinfində oxuyub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub, 1987-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alib. 1990-cı ildə Bakı Dövlət Universitetində işləməyə başlayıb.
Reyhan Yusifqızı 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edərək f.-r.e.n. alimlik dərəcəsi alıb. 60-dan çox məqalə və tezisin, həmçinin, riyaziyyat sahəsində üç
kitabın müəllifidir. Zadə irsi və süni intellekt" Assosiasiyasının üzvüdür, Soft Kompüting nəzəriyyələrini tədris edir. Ailəlidir. İki övladı var.
Reyhan Yusifqızı Elmin İnkişafı Fondunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə yerinə yetirilən bir neçə layihənin rəhbəri və ya aparıcı işçisi olub. Mütəmadi olaraq tətbiqi riyaziyyat fakültəsində dərslər aparır, qeyri-müəyyənliklərlə bağlı yeni nəzəriyyələri – Soft Kompüting nəzəriyyələrini tədris edir.
Reyhan Yusifqızı 1995-ci ildən bədii yaradıcılıqla məşguldur. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yüzdən çox povest və hekayənin, nağıl və poemanın, elmi-kütləvi və elmi-fantastik kitablar seriyasının müəllifidir. Daha çox uşaq yazıçısı kimi tanınır. Orta məktəb dərsliklərində bir sıra əsərləri tədris edilir.
Mütəmadi olaraq məktəblərdə görüşlər, kitab evlərində təqdimat və imza günləri keçirir.
Reyhan Yusifqızı Azərbaycan uşaq ədəbiyyatında intellektual prozanın parlaq nümunələrini yaratmışdır. Elmi-fantastik trilogiya təşkil edən Yaşıl gözlü qız Zamanın əsirləri və Uzaq planetin sirri kitablarının, həmçinin, süni intellektə həsr olunmuş Dostum Mimi əsərinin müəllifidir. Mövzunun uğurlu seçimi, süjet xəttinin ardıcıl quruluşu, uşaqların ruhuna yaxınlığı həmin əsərlərin sevilə-sevilə oxunmasına səbəb olur və onların şəxsiyyətinin formalaşması, bir fərd kimi yetişməsində əhəmiyyətli rolunu təcəssüm etdrir.
Reyhan Yusifqızının yaradıcılığında vətənpərvərlik mövzusu: Reyhan Yusifqızı yaradıcılığında vətənpərvərlik mövzusundan da yan keçməyib. “Təranənin arzusu”, “Qar”, “Nihadın rəsmi”, “Mavi don”, “Yarımçıq səhifə” hekayələri şagirdlərə vətən sevgisi, həmrəylik hissləri aşılayır. Həm də müəllifin vətənpərlik mövzusunda yazdığı mətnlər uzaqgörən notlarla zəngindir. Məsələn, “Təranənin arzusu” hekayəsində müharibədə əlil olmuş qazi deyir: “Həm də mən tək deyiləm axı. Müharibədə yüzlərlə cəsur oğullarımız şəhid olub, məndən də yaxşı oğlanlar ömürlük əlil qalıblar. Müharibə amansızdır. Amma nə edək, müharibəni biz başlamamışıq. Biz işğalçı deyilik ki. Biz torpaqlarımızı qoruyuruq. İnşallah, Qarabağı alandan sonra bizim üçün müharibə bitəcək”.
Yaşıl gözlü qız. Reyhan Yusifqızının kosmik qəza nəticəsində Yer planetinə düşmüş on iki yaşlı yadplanetli qızın – Leminin sərgüzəştlərindən bəhs edir. İlk dəfə Lemini görən uşaqlar onun yad planetdən gəlməyinə inanmasalar da, onlarda bu barədə təsəvvürlər olduğundan Leminin söylədiklərinə şübhə etmir, əksinə, onunla dost olurlar.
Uşaqlar kainatın sirlərini açmağa, başqa planetlərdəki sivilizasiyalardan bizim fərqimizi aydınlaşdırmağa çalışırlar. Leminin gözlərində parlayan işıq onun fiziki təsir gücünü göstərir. Ümumilikdə bu kitab 12 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Baş verən hadisələr müəllif tərəfindən elə nəql olunur ki, oxucu yorulmur, əksinə ona Lemi və onun dostlarının sərgüzəştləri maraqlı olur.
Yadplanetli qız rastına çıxan ilk insanlarla tanış olandan sonra onun Yer planetində həyat haqqında təsəvvürü yaranır. O, telepatiya qabiliyyəti sayəsində insanların leksikonundakı söz ehtiyatını öz beyninə köçürür və onlarla danışmağa başlayır. Leminin dostları söhbət əsnasında başa düşürlər ki, onun planetində sivilizasiya daha
irəlidədir. Orada insanlar daha uzunömürlüdür, maşınlar daha sürətlə gedir. Orada sərhədlər yoxdur və planetdə bütün insanlar eyni dildə danışırlar. Orada yalan yoxdur.
Şiddət və müharibələr də yoxdur. İnsanlar planeti və ekologiyanı qoruyurlar. Uşaqlar Yer planetinin problemlərini müzakirə edir, kainatın qanunlarını başa düşməyə çalışırlar. Onlar insan orqanizminin yüksək imkanlarına: hipnoz, telekinez, telepatiya, keçmişi və gələcəyi görmək qabiliyyətinin olduğuna inanırlar.
Dostlar birlikdə ulduz müharibələrinin qarşısını almaq, Yerin ekologiyasını məhv olmaqdan xilas etmək üçün yollar fikirləşirlər. Əsər təbiət, kainat, astronomiyaya aid məlumatlarla zəngindir. Bu da uşaqlarda Kainat haqqında biliklərini daha da artırmağa həvəs yaradır. Dostların köməyilə bütün çətinliklərin öhdəsindən gələn Lemi deyilən vaxtda görüş yerinə çata bilir və öz planetinə qayıdır. Uşaqlar söz verirlər ki, onu axtarıb tapacaqlar.
Yüksək texnologiyalar planetin simasını tamamilə dəyişib: avtomat sistemlər, “ağıllı ev”lər, sürücüsüz maşınlar, ev robotları, işçi kiborqlar… . İlk baxışdan insanların
həyatı yüngülləşib. Lakin onların yaratdığı süni zəka özlərinə qarşı çevrilmişdir!
Kiborqlar üsyan qaldırıb! Onlara başçılıq edən SUPER İNTELLEKT daha insanlara tabe olmur! O çox güclüdür, bütün sərhədləri aşa bilir. Onun qarşısında kim dayana
bilər? Planeti necə xilas etmək olar? “Uzaq planetin sirri” əsəri 2018-ci ildə tamamlanmışdır. Hadisələr Leminin yaşadığı X planetdə baş verir. Əsərin qısa məzmunu belədir ki, Leminin yaşadığı “X” planetinə bədbəxtlik üz verir. Dostları isə darda qoymaq olmaz… Kənan və Rüstəm Lemiyə kömək eləmək üçün bir müddət uzaq “X” planetində qalmağa qərar verirlər. Yüksək texnologiyalar planetin simasını tamamilə dəyişib: avtomatlaşdırılmış sistemlər, “ağıllı ev”lər, sürücüsüz maşınlar, insanları tam və ya qismən əvəz edən ev robotları, işçi kiborqlar və s. İlk baxışda insanların həyatı xeyli yüngülləşib, onlar firavan yaşayırlar. Lakin onların yaratdığı süni zəka özlərinə qarşı çevrilib. Kiborqlar üsyan qaldırıb. Onlara başçılıq edən Superintellekt daha insanlara tabe olmur, onları son nəfərinədək başqa bir “Y” planetinə köçürmək, sürgün etmək niyyətindədir.
Superintellekt deyilən ana kompüter üçün heç bir sərhəd yoxdur. O, nəhəng kompüter şəbəkəsi vasitəsilə kosmosun dərinliklərinə nüfuz edir, ultrabənövşəyi və ya
infraqırmızı diapazonlarda ulduzları müşahidə edə bilir, radiasiya burulğanlarının səsini duyur. Bütün planetə məxsus biliklər bazasını özündə saxlayır. Onun qarşısında
kim dayana bilər? Yalnız bir nəfər – robototexnika sahəsində böyük mütəxəssis sayılan Doktor Fobo Vill. Saç-saqqalı ağappaq olan şişman qoca alimə kömək emək
lazımdır. “Ağıllı ev”in himayəsi altında olan Lemi, Kənan və Rüstəm kömək etməyə hazırdırlar. Üstəlik, onlara sadiq Kibo adlı ev robotu da var.
Kənan və Rüstəm “X” planetində maraqlı çox şey görürlər. Onlar 3D printerindən geyim əldə eləyir, kosmik İnternetdən istifadə edir, meqapolisi virtual səyahətə çıxırlar. Hətta virtual olaraq Doktor Fobonun raket düzəldən mini-zavodunun platformalarında olurlar. Hiperfəza və sıçrayış haqda öyrənirlər. Reyhan Yusifqızının Bakı Dövlət Universitetində süni intellekt və soft kompütinq nəzəriyyələrindən oxuduğu mühazirələr ona yeni texnologiyalar haqqında maraqlı əsərlər yazmasına kömək edir. Müəllifin elmi-fantastik üslubda əsərlər yazması bilavasitə onun pedoqoji fəaliyyəti ilə əlaqədardır. Reyhan Yusifqızının “Kompüterin kələyi” əsəri fars dilinə tərcümə olunub
Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) İran Milli bölməsinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasına verdiyi məlumata görə, yazıçı Reyhan Yusifqızının “Kompüterin kələyi” əsərini fars dilinə uşaq yazarı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi tərcümə edib. Qeyd edək ki, əsər 2021-ci ilin yanvar ayında Tehranda fəaliyyət göstərən “Hamşəhri” nəşriyyatının “Doçərxə” jurnalının 1025-ci nömrəsində nəşr olunub. Xatırladaq ki, F.Köçərli adına Respublika Uşaq kitabxanası
2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir
uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Kitabı Şurası ilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri təbliğ etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Həmçinin uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
Reyhan Yusifqızı yaradıcılığında demək olar ki, hər yaş qrupuna uyğun kitablara rast gəlirik. Müəllif “Hamıdan qəşəng”, “Xoşbəxt arı”, “İki gül”, “Ulduz pərisi”, “Kompüterin kələyi”, “Məstan və Babu” kimi şəkilli kitablar dərc etdirmişdir. O, mətnlərində sadaladığımız prinsiplərə əməl etməyə çalışmış, uşaqların təfəkkür və dünyagörüşünün formalaşması, onlarda insani keyfiyyətlərin, dostluğun və yoldaşlığın yaranmasını şərtləndirən əsərlər yazmışdır.
Hekayə janrında da əsərlər yazan Reyhan Yusifqızı “Ad günü”, “Arximed niyə gülürdü” adlı əsərlərində də həmin motivlərə toxunmuşdur. “Ad günü” hekayəsinin qəhrəmanı Zeynəb öz doğum günündə sinif yoldaşlarını qonaq çağırır, lakin o öz yaşına uyğun olmayan biçimdə onların qarşısına çıxır. Zeynəbi bu vəziyyətdə görən uşaqlar ona gülür. Bu zaman bərk dilxor olan Zeynəb nə edəcəyini bilmir. Ancaq Arzu adında sinif yoldaşı Zeynəbə bu çıxılmaz vəziyyətdə kömək edir, uşaqları əyləndirmək üçün bir oyun qurduqlarını söyləyir. Müəllifin bu hekayəsi qısa olsa da, əslində uşaqları tərbiyələndirmək baxımından maraqlı süjet xətti üzərində qurulmuşdur. Burada qloballaşan dünyamızda, elm və texnika əsrində həm uşaqların öz yaşlarından böyük görünmək istəyi tənqid olunur, həm də onlara dostluğun önəmi, sevgi və mərhəmət hissi aşılanır.
Reyhan Yusifqızı “Zümrüd”, “İki qardaş”, “Mister Bebbic”, “Büllur vazada yasəmən”, “Mən və nənəm” adlı hekayələrin müəllifidir. “Mister Bebbic” hekayəsinin qəhrəmanı Fərid öz otağında qəribə geyimli yaşlı bir kişi ilə rastlaşır. Kişi özünü kompüterin yaradıcısı kimi təqdim edir. O, bu əşyanı yaratdığından peşiman olduğunu söyləyir. Çünki “onlar artıq kitab oxumur, heç nə öyrənmir, heç nə düşünmürlər”. Kompüterdən yalnız əylənmək üçün istifadə edirlər. Bu sözlərlə müəllif əslində acı olan reallıqları oxucularına çatdırır. Çağdaş zəmanəmizin qlobal problemi olan internet və ondan asılılıq uşaqların az mütailə eləməsinə, kitabdan uzaq düşməsinə səbəb olmuşdur.
Reyhan Yusifqızı uşaqlar üçün elmi-kütləvi kitablar da yazmışdır: “Riyaziyyat əyləncəli ola bilərmiş” və “Kompüterin qəribə tarixi” əsərləri haqqında bəhs etdiyimiz mövzuya nümunədir. Müəllif bu əsərlərdə çətin mənimsənilən fənlərdən olan riyaziyyatın uşaqlar tərəfindən sevilməsinə çalışır, bunun üçün maraqla qarşılana biləcək əsər yaradır. Bu kitab riyaziyyatı sevən və sevməyən uşaqlar üçün nəzərdə tutulmuşdur. Riyaziyyatı sevənlər bu kitabdan maraqlı məlumatlar əldə edə bilir, riyaziyyatçı alimlərin fikirləri ilə tanış olur, ciddi fənn olan riyaziyyatı əyləncəli şəkildə öyrənməyin mümkün olduğunu görürlər. Riyaziyyatı sevməyənlər isə bu kitab vasitəsilə riyazi qanunları əyləncəli şəkildə öyrənib yadda saxlamağın yollarını öyrənir, riyazi oyunlarla ətrafdakıları təəccübləndirməyin sevincini yaşayırlar. 2015-ci ildə işıq üzü görmüş “Kompüterin qəribə tarixi” kitabında əsas ideya ondan ibarətdir ki, müəllif balacalara kompüter erasına qədəm qoyana qədər bəşər elminin keçdiyi inkişaf yolundan, bu yolda insanların göstərdiyi fədakarlıqdan bəhs edir. Təqdim olunmuş həmin kitabda kompüterlərin ta qədimdən bizim dövrlərə qədər keçən tarixinin inkişaf mərhələləri, bir çox maraqlı epizodlar, məşhur kəşflər, qəribə faktlar, alim və ixtiraçılar, onların həyatı haqqında məlumatlar vardır. Bu kitab sayəsində uşaqlar hesab maşınları və onların tarixi ilə daha yaxından tanış olurlar.
Yazıçının riyaziyyatı, fizikanı bilməsi onun mükəmməl elmi-kütləvi, elmi fantastic, öyrədici əsərlər yaratmasına səbəb olmuşdur. Onun qələmə aldığı hekayələr uşağı yormadan, ona hiss etdirmədən öyrədir, informasiya verir.Son dərəcə iradəli, istəyinə çatmaqda məqsədyönlü, olduqca zəkalı olan yazıçımız incə yumor hissinə də malikdir. Bəli Reyhan Yusifqızını oxucu tanıdıqca onun nə qədər sadə və qayğıkeş, məğrur olduğunun şahidi olur. Yazıçının Universitetdə tədris etdiyi “Soft Kompütinq” – “Yumşaq Hesablamalar” intellektual sistemlərin əsasında durur. “Soft Kompütinq” nəzəriyyələri təqribi, hətta naməlum göstəricilərlə və sözlərlə işləmək üçün riyazi aparata malikdir. Yazıçı “istedadlı” və ya “gözəl” anlayışlarını riyazi ifadə edib modellərə daxil edib, “gözəl” və “daha gözəl” anlayışlarını fərqləndirib müqayisə edir. Reyhan Yusifqızı 1995-ci ildən bədii yaradıcılıqla da məşgul olur. 2007-ci ildən AYB-nin üzvüdür. Yüzdən çox povest və hekayənin, nağıl və poemanın, elmi-kütləvi kitablar seriyasının müəllifidir. Daha çox uşaq yazıçısı kimi tanınır. Orta məktəb dərsliklərində bir sıra əsərləri tədris edilir. O, Azərbaycan uşaq ədəbiyyatında intellektual prozanın parlaq nümunələrini yarada bilib. Elmi-fantastik trilogiyanın müəllifidir.
Reyhan Yusifqızı müsahibələrinin birində deyir – “Yaradıcılığımı daha çox uşaq və yeniyetmələrə həsr edirəm. Dünyada uşaq ədəbiyyatının trendini izləyirəm: başqa ölkələrdə, başqa yerlərdə uşaqlar nə oxuyur, hansı kitablarla böyüyür? Axı biz dünyaya inteqrasiya olunuruq. Bizim uşaqlar planetimizi daha yaxşı tanımalı, baş verən proseslərdən kənarda qalmamalıdır. Uşaqlarla müntəzəm ünsiyyətdə oluram. Tez-tez məktəblərdə, kitab evlərində görüş, imza günü və təqdimatlar keçirirəm.
Əmin olmuşam ki, yeni nəsil müasir tələblərə cavab verən maraqlı kitablar istəyir.
Normal uşaq dilində yazılmış istənilən mövzuda kitab uşaq üçün maraqlı və faydalı ola bilər. Çünki hər bir süjet həyatın sadə modelidir. Uşaqlar kitablar vasitəsilə həyatı öyrənirlər…”
Bəli, Reyhan Yusifqızı bir alim kimi ustadı, böyük Lütfü Zadənin yolunu davam etdirir və həm də bir qələm adamı kimi övladlarının babası, Xalq Yazıçısı İsmayıl Şıxlının… R.Şıxlinskaya 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edərək f.-r.e.n. alimlik dərəcəsi alıb. 60-dan çox məqalə və tezisin, həmçinin, riyaziyyat sahəsində üç kitabın müəllifidir. Zadə irsi və süni intellekt Assosiasiyasının üzvüdür, Soft Kompüting nəzəriyyələrini tədris edir. Bir sıra elmi konfransların təşkilat komitəsinin üzvü və ya iştirakçısı olub, seminar və işçi görüşlərdə məruzələrlə çıxış edib. Məqalələri nüfuzlu jurnallarda nəşr olunub. R.Şıxlinskaya 2010-cu ildə elmi məruzələr etmək üçün Nant universitetinə (Fransa) dəvət olunub və orada elmi müzakirələr aparıb. Elmin İnkişafı fondunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə yerinə yetirilən bir neçə layihənin rəhbəri və ya aparıcı işçisi olub və layihələri uğurla başa çatdırib. Mütəmadi olaraq tətbiqi riyaziyyat fakültəsində dərslər aparır, qeyri-müəyyənliklərlə bağlı yeni nəzəriyyələri – Soft Kompüting nəzəriyyələrini tədris edir. O, tələbələr, maqistr və aspirantlar üçün elmi seminarlar təşkil edərək, onlara elmi işlərində məsləhət və tövsiyələr verir. R.Şıxlinskaya 1995-ci ildən bədii yaradıcılıqla məşguldur. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Yüzdən çox povest və hekayənin, nağıl və poemanın, elmi-kütləvi kitablar seriyasının müəllifidir. Daha çox uşaq yazıçısı kimi tanınır. Orta məktəb dərsliklərində bir sıra
əsərləri tədris edilir. Mütəmadi olaraq məktəblərdə görüşlər, kitab evlərində təqdimat və imza günləri keçirir.
Reyhan Yusifqızı çox istedadlı, saysız hesabsız qabiliyyətlərə malik yazıçıdir. Yazıçı dəqiq və həm də humanitar elmləri dərindən bilir. Bu universallıq yazıçıya bir neçə sahədə müvəffəqiyyət qazanmağa imkan yaradır. Reyhan Yusifqızının dünyagörüşü çox zəngindir. Yazıçı başladığı hər bir işi uğurla nəticələndirir. Reyhan Yusifqızı Azərbaycan uşaq ədəbiyyatında intellektual prozanın parlaq nümunələrini yaradıb. Elmi-fantastik trilogiyanın müəllifidir. Göründüyü kimi, fantastik üslubda yazdığı bu əsərlərində Reyhan Yusifqızı uşaq ədəbiyyatı tariximizdə təkrarolunmaz izlər qoymağa nail olmuşdur.O, özünəməxsus üslubu, yazı təxəyyülü vasitəsilə uşaqların hüdudsuz düşüncə aləminin daha da zənginləşməsinə vaqe olur. Uşaqlar orijinal üslubda, dünya ədəbiyyatı nümunələrinə bənzər, ancaq tariximizlə bağlı yeniliklərlə tanış olur, elm və texnologiyanın növbəti illərdə daha da təkmilləşəcəyi fərz edir. Bu isə öz növbəsində onların bu inkişafda maraqlı olmasını şərtləndirir.
Reyhan Yusifqızı dövlətimiz tərəfindən bir çöx mükafatlara layiq görülmüşdür: 2009.Şəhərimi oxuyuram beynəlxaılq müsabiqədə III ödül. Ankara (Türkiyə);2012. Ədəbi Azadlıq müsabiqəsi, Ən yaxşı 10 hekayədən biri finalçı; 2015. Səməd Behrəngi ədəbi mükafatı. (AYB); 2018. Uşaqların dostu mükafatı; 2018. Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri müsabiqəsində Nəsr əsərləri" nominasiyası üzrə II yer. (Azərbaycan Respublikası Təhsil Nazirliyi); 2018. Avrasiya Yazarlar Birliyinin V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsində I yer; 2019. Qızıl Kəlmə Ədəbi Mükafatının uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə qalibi; 2020. Dostum Mimi — bədii və animasiya filmi ssenariləri müsabiqəsinin "Animasiya" üzrə qalibi; 2020. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsinin xüsusi mükafatı.
Yazıçıya bol bol müvəffəqiyyətlər arzulayır, ondan yeni kitablar gözləyirik.
Məmmədli Ruhiyyə
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi Metodika Şöbəsinin müdiri
Gundelik.az
