Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azərbaycan Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) qanun pozuntusu aşkarlayıb.
Gundelik.az xəbər verir ki, buna görə də agentlik avqustun 19-da marketlər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 447.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Cərimə protokolu “Azərbaycan Supermarket”in məhsulu üzərində göstərilmiş qiymətdən baha satdığına görə tərtib olunub.
Gundelik.az
