Gundelik.az xəbər verir ki, ötən günlərdə, 7-11 mayda Türkiyənin paytaxtı Ankara şəhərində “İslam Sanatları Fuarı” adlı möhtəşəm bir sərgi keçirildi. Sərgiyə bir çox ölkədən, eləcə də Azərbaycandan olan incəsənət adamları dəvət edildi. Sərgidə Azərbaycanı təmsil edənlər sənət adamları arasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, Tətbiqi-sənət ustası Pərvanə Əliyevanın əl işi xüsusi diqqət cəlb etdi. Dünyanın hər yerindən gələn iştirakçı və qonaqlar tərəfindən onun yaratdığı Azərbaycan milli gəlincik nümunələrini xüsusi heyranlıqla izlənib və maraq oyadıb. Sərgidə Türkiyənin istedadlı, rəssam və xəttatları da iştirak edib. Qazandıqları uğurdan danışan Pərvanə xanım Əliyeva: “Bizim guşəmiz çox rəngarəng və olduqca qeyri-adi idi. Hər kəs məhz şəkil çəkdirmək üçün bizim guşəmizi seçirdi. Qürurla deyə bilərəm ki, tədbiirin maraqlı simalarından olan Emine Erdoğan da bizim guşəmizi çox bəyəndiyini vurğuladı. Guşəmizdə ipək, yun xalılar, dini, qədim və müasir üslübda toxunan xalçalar, ağacdan oyma işləri, naxış, işləmə,, milli gəlinciklər və s. yer alırdı”, deyə öz təsuratlarını Gundelik.az -la bölüşdü. .
Azərbaycan Kültür Mərkəzinin başqanı Kültür Müsteşarı Samir Abbasov şəxsən özü vətəndən gedən sənətkarları qəbul edib, “Təşəkkürnamə” ilə mükafatlandırdı. Görüşün sonunda xatirə fotoşəkillər çəkildi.

Gundelik.az